Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şotlandiya “.scot” domeni yaratmağa icazə alıb


“The Telegraph” nəşri yazır ki, Şotlandiyaya öz “.scot” domenini yaratmağa icazə verilib. “Dot Scot Registry” təşkilatından bildirilib ki, beynəlxalq tənzimləyici orqanlardan müvafiq icazə artıq alınıb.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, sayt və elektron poçtun qeydiyyatı üçün “.scot” domeni 2014-cü ilin yayında əlçatan olacaq.

Şotlandiyada “.scot” domeninə icazə ilə əlaqədar kampaniya təxminən 10 il aparılıb. Bu layihəni aktyor Şon Konneri dəstəkləyib.

Emil Hüseynov
 




29/01/14    Çap et