Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Headtechnology Azerbaijan” və “Time4Soft” tərəfdaş olublar


“Headtechnology Azerbaijan” və “Time4Soft” şirkətləri strateji tərəfdaşlıq haqda saziş imzalayıblar.
 
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Headtechnology Azerbaijan” şirkəti  beynəlxalq “Headtechnology Group” holdinqinə daxildir.
 
Şirkətin əsas fəaliyyət istiqamətləri informasiya təhlükəsizliyi sahəsində həllərin distribüsiyasıdır. Bu arada “Headtechnology” şirkətinin mütəxəssisləri layihələrin işlənib hazırlanmasında və dəstəklənməsində aktiv iştirak edirlər, “Headtechnology” öz tərəfdaşlarına birgə həyata keçirilən layihələrin tətbiqini və dəstəklənməsini təmin edəcək layihə distribüterdir.
Time4Soft” şirkəti veb-saytların yaradılması, proqram təminatlarının işlənməsi, server otaqlarının yaradılması, həmçinin lokal şəbəkələrin yaradılması ilə məşğul olur.
 
Aynur Vəliyeva




30/01/14    Çap et