Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan Muxtar Respublikasında məktəb kompüterlərinin 83,6 faizi internetə qoşulub



Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində informasiya texnologiyalarının tətbiqi sahəsində mühüm tədbirlər həyata  keçirilir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, hazırda muxtar respublikanın bütün təhsil müəssisələrində ən müasir kompüter avadanlıqlarından istifadə olunur.
 
Muxtar respublikanın ümumtəhsil məktəblərində 3409 dəst kompüter quraşdırılıb, hər 13 şagird bir dəst kompüterlə təmin olunub. İstifadədə olan 3409 dəst kompüterin 2849-u və ya 83,6%-i internetə qoşulub. Muxtar respublikanın ümumtəhsil məktəblərində təhsilin daha keyfiyyətlə aparılması məqsədilə 548 elektron lövhə quraşdırılıb.

Aynur Vəliyeva
 




31/01/14    Çap et