Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ötən il ərzində 240 milyon manatlıq İT avadanlığı istehsal edilib


Azərbaycanda 2013-cü il ərzində istehsal edilmiş kompüter, elektron və optik məhsulların ümumi həcmi 237,3 milyon manat təşkil edib.
 
Dövlət Statistika Komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə kompüter istehsalı 27,6%, elektrik avadanlıqlarının istehsalı isə 14,6% azalıb.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ötən ilin 7 ayı ərzində 173 transformator, 6,7 min məişət soyuducusu və 24,4 min televizor istehsal edilib.
 
Aynur Vəliyeva







05/02/14    Çap et