Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni sistem bədənin qoxusuna görə insanları tanıyır


Madrid Politexnik Universitetindən ispaniyalı tədqiqatçılar “Ilía Sistemas” şirkətinin mütəxəssisləri ilə birgə hazırladığı yeni biometrik identifikasiya texnologiyası bədənin qoxusuna görə insanları tanımağa icazə verir. Alimlərin sözlərinə görə, hər bir insan yalnız ona məxsus qoxuya malikdir ki, bu da kütlə içərisində insanı 85%-dən çox dəqiqliklə tanımağa icazə verir.

“ICTnews” elektron xəbər xidməti “http://zhelezyaka.com” saytına istinadən bildirir ki, bu texnologiya biometrik identifikasiyanın imkanlarını daha da yaxşılaşdıracaq. Ətirdən istifadənin identifikasiyanın  dəqiqliyinə təsir edib-etməməsi barədə məlumat verilmir.

Emil Hüseynov
 




10/02/14    Çap et