Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi” ən innovasiyalı şirkətlərin reytinqində “Apple”ı qabaqlayıb


“Fast Company” jurnalı ən innovasiyalı şirkətlərin ənənəvi reytinqini dərc edib. "İstehlak elektronikası" kateqoriyasında ikinci yerdə Çinin “Xiaomi” şirkəti qərarlaşıb. “Google” korporasiyası birinci, “Apple” isə nə qədər qəribə səslənsə də, reytinqdə “Xiomi”dən sonra yerləşərək üçüncü olub.
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, jurnalda yazılıb ki, “Xiaomi” üç il ərzində Çində istehsal həcminə görə üçüncü smartfon istehsalçısı olmağa müvəffəq olub. Ötən il “Xiaomi”nin gəliri 150% artaraq 5,2 milyard ABŞ dollarına çatıb. Şirkət təxminən 19 milyon smartfonunu satıb və 2014-cü ildə nəticəni iki dəfə artırmağı və 40 milyon smartfon tədarükünü nəzərdə tutub.
 
Jurnalda reytinqdə birinci yerdə qərarlaşmış “Google” şirkəti “Chromecast” televiziya əlavəsi, “Google Glass” smart eynəyi, həmçinin "ağıllı" evlər üçün texnika istehsalçısı “Nest Labs” şirkətini satın almasına görə təriflənib.
 
“Fast Company” şirkəti “Apple”ın son nailiyyətləri arasında “iOS 7” platformasını, yeni “Mac Pro” kompüterlərini, “iPhone 5s” və “5c” smartfonları, “iPad Air” planşetlərini qeyd edir.
 
Emil Hüseynov




12/02/14    Çap et