Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti “Windows 8” haqqında yeni bloq istifadəyə verib


“Microsoft” şirkəti yeni “Windows 8” əməliyyat sisteminin hazırlama prosesinin təsvirinə həsr edilmiş yeni bloq və “Twitter” hesabını işə salıb.
Yeni bloq “Building Windows 8” adlanır və “blogs.msdn.com/b/b8/” ünvanında yerləşir.
"Bloqqinq” bizə sizinlə dizayn, real məlumatlar və istifadəçi təcrübəsi, həmçinin “Windows 8” çərçivəsində yeni imkanlar haqqında ikitərəfli dialoq aparmağa imkan verir" – bloqda “Microsoft” şirkətində “Windows” bölməsinin prezidenti Stiven Sinofski qeyd edib.
Yeni “Twitter” hesab “@BuildWindows8” ünvanında yerləşir.




16/08/11    Çap et