Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da ən böyük günəş elektrik stansiyası istismara verilib


Amerikanın Moxave səhrasında, Nevada və Kaliforniya ştatlarının sərhədində dünyanın ən böyük günəş elektrik stansiyası istismara verilib. 13 kv.km ərazidə yerləşdirilmiş yüz minlərlə güzgünün ümumi gücü 400 mvt təşkil edir.

“ICTnews” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, Ayvanpa elektrik stansiyasının inşasına 7 il vaxt və 2,2 milyard dollar sərf olunub.

"Ayvanpa layihəsi Amerikanın günəş energetikasının inkişafı sahəsində tədricən dünya liderinə çevrilməsinə bariz nümunədir" – energetika naziri Ernest Monis təntənəli açılış mərasimində deyib.

Kaliforniya hakimiyyətinin planına əsasən, 2020-ci ilədək ştat tərəfindən sərf edilən bütün enerjinin üçdə biri məhz günəş elektrik stansiyalarının payına düşəcək.

Emil Hüseynov
 




14/02/14    Çap et