Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” və “Samsung”un baş direktorları razılığa gələ bilməyiblər


Koreyanın “Chosun” işgüzar nəşri “Samsung” şirkətindəki mənbələrinə istinadən yazır ki, “Apple” və “Samsung” şirkətlərinin baş direktorları ötən həftə keçirilmiş şəxsi görüşdə patent mübahisəsi ilə bağlı razılığa gələ bilməyiblər.

“ICTnews” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, San-Xose (Kaliforniya, ABŞ) şəhərinin məhkəməsi tərəfindən məhkəməyədək icraat çərçivəsində təyin edilmiş görüş 19 fevral 2014-cü il tarixində baş tutmalı idi. “Apple”ın baş direktoru Tim Kuk və “Samsung Mobile Communications”in direktoru Cey Key Şin şirkətlərin patent mübahisəsini müzakirə etməli və onu məhkəmə dinləmələrinə kimi həll etməyə cəhd etməli idilər.

Xatırladaq ki, 2011-ci ildən “Apple” və “Samsung” şirkətləri arasında patent mübahisəsi yaranıb. O vaxtdan etibarən şirkətlər ABŞ və Cənubi Koreyada dəfələrlə bir-birlərinə qarşı məhkəməyə iddia veriblər.

Emil Hüseynov




17/02/14    Çap et