Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC One” varisinin nümayiş tarixi açıqlanıb


“HTC” şirkəti “HTC One” qabaqcıl smartfonunun varisinin təqdim ediləcəyi tədbirin tarixini açıqlayıb. Şirkətin Britaniya “Twitter” bloqunda yazılıb ki, tədbir martın 25-də Londonda keçiriləcək.

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “HTC” yeni aparat haqqında heç bir məlumat açıqlamayıb; bundan başqa bir ay sonra məhz yeni modelin təqdim ediləcəyi birbaşa açıqlanmayıb. Bununla belə, Tayvan şirkəti tvitdə yazıb ki, ən yaxşı  daha yaxşı olacaq və beləliklə, yeni aparatın buraxılacağına işarə edib.

Yaxın günlərdə Barselonada start götürəcək “Mobile World Congress” (MWC) sərgisinin ziyarətçiləri “HTC One” smartfonunu görməyəcəklər. “HTC” şirkəti “MWC” sərgisində orta qiymət səviyyəli 5.5 düymlük “Desire 5” smartfonunu təqdim edə bilər.

“HTC”-in yeni aparatına gəlincə, bu barədə hələ ötən ildən şayiələr gəzir. Aparat 2,3 QHs takt tezlikli “Qualcomm Snapdragon 800” prosessoru, 5 düymlük ekran (1920x1080 nöqtə), 2 QB əməli yaddaş və “Sense 6.0” interfeys örtüklü Android 4.4 (KitKat) platforması ilə təchiz edilə bilər.

Emil Hüseynov




19/02/14    Çap et