Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Birinci mobil virusun 10 yaşı tamam olub


2014-cü ildə dünyanın birinci mobil virusu “Cabir”in 10 yaşı tamam olur. Son onillikdə zərərli mobil proqramların sayı kəskin artıb. 2013-cü ildə “Fortinet” şirkətinin “FortiGuardLabs” laboratoriyası gün ərzində 1300-dən çox yeni zərərli tətbiq qeydə alıb. Hazırda ekspertlər 300-dən çox zərərli proqram ailəsini və “Android” üçün 400 mindən çox zərərli tətbiqi müşahidə edir.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, smartfonların geniş yayılması və onların ödəmə sisteminə qoşulması imkanına malik olması onlarıhədəfə çevirib. Bundan başqa, müasir mobil telefonlar coğrafi mövqeyin təyini üçün daxili funksiyalara, mikrofonlara, “GPS” və kameralara malikdirlər ki, bu da onların sahiblərini yüksək səviyyədə izləməyə icazə verir. Zərərli kompüter proqram təminatı kimi mobil viruslar da çox sürətlə səmərəli qazanc üsuluna çevrilib.

Emil Hüseynov





20/02/14    Çap et