Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ubuntu” ilə işləyəcək birinci smartfonların istehsalçıları məlumdur


“Ubuntu Touch” əməliyyat sistemi ilə işləyən birinci smartfonlar Çinin “Meizu” və İspaniyanın “BQ Readers” şirkətləri tərəfindən buraxılacaq. Bu barədə öz bloqunda əməliyyat sisteminin tərtibatçısı “Canonical” şirkəti məlumat verib.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, smartfonlar 2014-cü ildə satışa çıxarılacaq, qiyməti və xüsusiyyətləri hələlik açıqlanmır. “Engadget” yazır ki, “Canonical” şirkəti fevralın 24-də start götürəcək “MWC” sərgisində qurğular barədə ətraflı məlumat verəcək.

“Canonical” şirkətinin direktoru bəyan edib ki, 2015-ci ildə məişət texnikası bazarında öz sözünü demiş daha iki şirkət “Ubuntu Touch” əməliyyat sistemi ilə işləyən qurğular istehsal edəcəklər. Qurğuların adları açıqlanmayıb.

“Ubuntu Touch” əməliyyat sistemi 2011-ci ildə elan edilib. Platforma “Ubuntu” sisteminin dəstəklədiyi eyni proqramları dəstəkləyir. Bundan başqa, smartfon monitora qoşulduğu halda o, kompüter əməliyyat sisteminə çevrilə bilər.

Emil Hüseynov




21/02/14    Çap et