Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Üzərində Stiv Cobsun şəkli təsvir edilmiş markalar buraxılacaq


ABŞ Poçt xidməti “Apple” şirkətinin yaradıcısının xatirəsini yad etmək və 2015-ci ildə üzərində onun şəkli təsvir edilmiş marka buraxmaq niyyətindədir. Bu cür informasiya adətən markaların çapdan çıxış anınadək məxfi saxlanılır, lakin bu dəfə “The Washignton Post” nəşri bu məlumatı əldə edib.

Xatırladaq ki, 2011-ci ildə Macarıstan Poçt xidməti üzərində Stiv Cobsun şəkli  olan marka buraxmışdı.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, ABŞ Poçt xidməti ABŞ Federal hökumətinin müstəqil agentliyi, Amerika ərazisində poçt xidmətlərinin operatorudur. Əməkdaşlarının sayına görə (546 min) dünyanın ən böyük təşkilatlarından biridir.

Emil Hüseynov
 




21/02/14    Çap et