Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Horizon 2020” ilə əlaqədar regional tədbir keçiriləcək


Avropa Birliyinin Elmi Tədqiqatlar və İnnovasiyalar – “Horizon 2020” Çərçivə Proqramının fəaliyyətə başlaması ilə əlaqədar regional tədbir keçiriləcək. Tədbir 17 mart 2014-cü il tarixində Moldova Respublikasının Kişinyov şəhərində təşkil ediləcək. Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzinin (EİM) əməkdaşları da bu tədbirdə iştirak etmək üçün Kişinyov şəhərinə dəvət olunublar.
 
Mərkəzdən bildirilib ki, tədbir zamanı ünvanlanmış məqalələr Yeddinci Çərçivə Proqramından (2007-2013) “ Horizon 2020” (2014-2020)-yə keçidin praktiki aspektlərinə əsaslanaraq müzakirə olunacaq. Tədbir Moldova Elmlər Akademiyası (MEA), “İnsanlar arasında əlaqələr” və Avropa Komissiyasının Baş Direktorluğu ilə Tədqiqat və İnnovasiya üzrə əməkdaşlıq dördüncü Şərq Əməkdaşlığı Platformunun başçılığı ilə fəaliyyət göstərən Beynəlxalq Layihələr Mərkəzi tərəfindən təşkil olunacaq.
 
Yeni “Horizon 2020” Proqramının əhəmiyyətini və onun potensialından yararlanmaq üçün Şərq Əməkdaşlığının göstərdiyi marağı nəzərə alaraq bu tədbir yeni imkanların daha yaxşı dərk edilməsinə və “Horizon 2020” istiqamətində başladılan ilk çağırışlara yol açacaq.
 
 
Həqiqət İSABALAYEVA




21/02/14    Çap et