Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanlı mütəxəssislər “Startup Turkey 2014″-də iştirak edirlər


Türkiyənin Antalya şəhərində təşkil olunan  "Startup Turkey 2014" tədbiri davam edir. Dünyanın 20-yə yaxın ölkəsindən 75 startup, 150 investorun iştirak etdiyi tədbir əsasında seminar-konfranslar, investorlarla startapçılar arasında görüşlər keçiriləcək.
 
Antalyanın "Rixos Hotel"də baş tutan tədbirdə yeni ideyalar, yeni startuplar təqdim olunacaq və onların gələcək inkişaf mərhələləri müzakirə ediləcək.
 
"Startup Turkey 2014" proqramında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkının  ("YT Park") nümayəndəsi Ülvi Aslanov, Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) direktoru, dosent İsa Qasımov, həmçinin ölkəmizdən 7 startap layihəsinin - "MultiBon", "Manads", "Modaha", "Nettrends", "Socset", "VitalCV" və "Loupse"-in nümayəndələri  iştirak edir.
 
 
Həqiqət İSABALAYEVA




22/02/14    Çap et