Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

200 milyon “Samsung Galaxy S” smartfonu satılıb


“Galaxy S5” smartfonunun nümayişi zamanı “Samsung” şirkəti “Galaxy S” xəttinin bu günədək satılmış smartfonlarının sayı haqqında statistikanı  bölüşüb.

“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, Cənubi Koreya nəhənginin məlumatına görə, satılmış “Galaxy S” smartfonlarının sayı 200 milyonu ötüb.

Təəssüf ki, bu dəfə “Samsung” hər model üçün satış həcmini ayrıca səsləndirməyib. Lakin məlumdur ki, “Samsung” ötən ilin payızına kimi 40 milyondan çox “Galaxy S4” smartfonu satıb.
 
Emil Hüseynov




25/02/14    Çap et