Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 8.1” 2013-cü ilin ən yaxşı əməliyyat sistemi seçilib


“Hi-Tech Mail.ru” oxucularının səsverməsinə əsasən, “İlin ən yaxşı qadceti” mükafatı çərçivəsində “Windows 8.1” 2013-cü ilin ən yaxşı əməliyyat sistemi seçilib.
 
“Microsoft Azerbaijan” şirkətindən bildirilib ki, əlavələr mükafatı nominantları sırasında “Hi-Tech Mail.ru” internet birliyi “Windows 8.1”-i ən yaxşı əməliyyat sistemi elan edib.
 
 Şirkətdən qeyd edilib ki, “Windows 8.1” ƏS mobil qurğular üçün yaradılıb və müasir softun, servisin və avadanlığın təklif etdiyi ən yaxşı şeyləri özündə birləşdirir. “Windows 8.1” – personal kompüter və planşetlərə uyğun, bir sıra funksiya və imkanlara malik olan ultramüasir əməliyyat sistemidir. “Windows 8.1” ƏS əvvəlcədən “Windows 8”-ə qoyulmuş konsepsiyanın məntiqi davamıdır. Bu sistemdə əlavələr və xidmətlər birgə işləyir və əyləncə və iş üçün nəzərdə tutulmuş çevik və aydın mühiti təklif edir.
 
 Bundan başqa, “Windows 8.1”-də biznes məlumatların uzaqdan silinməsi, biometriyanın yoxlanılmasının təkmilləşdirilmiş dəstəyi, qurğunun bloka salınması və ümumi şifrlənməsi, yaxşılaşdırılmış “Internet Explorer” brauzeri, zərərli proqram təminatından müdafiə və bu kimi təhlükəsizlik alətləri yer alıb.
 
 
Qeyd edək ki, “Hi-Tech Mail.ru” ardıcıl olaraq 4 il “İlin ən yaxşı qadceti” mükafatını təşkil edir. Ötən il ərzində buraxılan qurğulardan portalın redaksiyası ən çox görünən yenilikləri seçib və istifadəçilər arasında səsvermə keçirib. “Hi-Tech Mail.ru” tərəfindən təşkil olunmuş səsvermədə 400 mindən artıq insan iştirak edib. İştirakçılar 10 kateqoriya üzrə səs verib – smartfonlar, kompüterlər, planşetlər, ilin dizaynı, məişət texnikası, audio, əlavələr və eyni zamanda mobil rabitə operatorlarının daxil olduğu “Sair” kateqoriyası. Hər bir seçici hər kateqoriya üzrə yalnız bir dəfə səs verə bilərdi.
 
Həqiqət İSABALAYEVA




25/02/14    Çap et