Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xocalı soyqırımı ilə əlaqədar e-mail aksiyası keçirilir


Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi fevralın əvvəlindən etibarən "Xocalıya ədalət" şüarı ilə e-mail aksiyalarına başlayıb.
 
Bu barədə YAP Gənclər Birliyinin sədri Seymur Orucov məlumat verərək bildirib ki, aksiya çərçivəsində beynəlxalq təşkilatların, diplomatik korpusların, bir sıra ölkələrin nüfuzlu partiyalarının gənclər birliklərinin, tanınmış siyasətçilərin və parlamentarilərin elektron poçtlarına Xocalı həqiqətlərini əks etdirən məlumatlar göndərilir:
 
"Aksiyada partiyamızın yüzlərlə fəal gənci iştirak edir, rayon təşkilatları da bu işə qoşulublar. Soyqırımla bağlı yürüş keçirməklə də biz Xocalı soyqırımının qurbanlarının xatirəsini ehtiramla yad edirik. Eyni zamanda, dünya ictimaiyyətinin diqqətini bu soyqırımına cəlb etmək istəyirik. Tədbirlərimiz bir günlə bitmir. Xaricə səfərlərimiz, ölkəmizə gələn qonaqlarla görüşlər zamanı biz Xocalı soyqırımı haqda məlumatlar veririk. Bilirsiniz ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət!" kampaniyası müsbət nəticələrini verməkdədir. Bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımını tanıyıb. Artıq "Xocalıya ədalət!" kampaniyasının başlamasının 5 ili tamam oldu. Bu kampaniya ötən dövr ərzində bir çox uğurlara imza atıb".
 
Seymur
 




26/02/14    Çap et