Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu il dünya azərbaycanlılarının daha geniş coğrafiyada onlayn forumunun keçirilməsi nəzərdə tutulur



Bu il dünya azərbaycanlılarının daha geniş coğrafiyada onlayn forumunu keçirməyi düşünürük.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri Yeni Azərbaycan Partiyasının rəsmi saytına verdiyi müsahibədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
 
Komitə sədri qeyd edib ki, bildiyiniz kimi, diaspor təşkilatlarının koordinasiyası istiqamətində daha müasir texnologiyaların tətbiqinə başlamışıq və keçən ilin dekabrında Dünya Azərbaycanlılarının Onlayn Forumu baş tutdu. Yeni sistem həm maliyyəyə qənaət etmək, həm də operativ məlumat almaq üçün ən yaxşı vasitədir.

CAHANGİR




26/02/14    Çap et