Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Martın 3-dən “Windows” üçün “Facebook Messenger” işləməyəcək


“Windows” əməliyyat sistemi üçün “Facebook Messenger” proqramı martın 3-dən etibarən işləməyəcək. “Facebook”un mətbuat katibi bu informasiyanı təsdiqləyib.

"Biz “Windows” üçün “Facebook Messenger”dən istifadə edən insanların nəzərinə çatdırırıq ki, martın 3-dən etibarən proqram əlçatmaz olacaq" – o deyib.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, beləliklə, bu proqram iki il işlədi. Proqramın bağlanması səbəbləri haqqında rəsmi açıqlama verilməyib, lakin nəşr xatırladıb ki, bir neçə gün əvvəl “Microsoft” korporasiyası “Windows Phone” üçün “Facebook Messenger”in istifadəyə veriləcəyini elan edib.

Emil Hüseynov
 




27/02/14    Çap et