Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ƏMDK satınalma müqavilələrinin vahid məlumat bazasını yaradır


“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 14.8-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) dövlət satınalma prosedurları nəticəsində bağlanan satınalma müqavilələrinin vahid məlumat bazasının yaradılması istiqamətində işlər davam etdirilir.

“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu məlumat adıçəkilən Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə ƏMDK-nin 2013-cü il üzrə hesabatında əksini tapıb.

Hesabatda qeyd olunur ki, eyni zamanda Daşınmaz Əmlakın Qeydiyyatı layihəsi çərçivəsində hazırlanacaq Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi İnformasiya Sistemi ilə bağlı verilmiş təkliflərdə komitənin satınalmalarla bağlı biznes proseslərini idarə edəcək “Satınalmalar modulu”nun yaradılması təklif edilib.

CAHANGİR




27/02/14    Çap et