Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” istifadəçilərinə onlayn təlim keçəcək


"Google" şirkəti "Oppia" adlı yeni onlayn təlim xidmətinin istifadəyə verilməsi haqda elan verib.
"ICTnews" xəbər xidmətinin "http://pitbit.ru" saytına istinadən verdiyi məlumata əsasən,   yeni servis istifadəçilərə müxtəlif mövzular üzrə interaktiv təlim kursları yaratmağa və keçməyə imkan verir.
 
Kurslar "mövzular üzrə" cavab variantları olan tələb olunan teoretik materiallarla tamamlanan xüsusi sual bloklarından ibarətdir. Materialı qavrayaraq istifadəçi bir sıra yoxlama suallarına düzgün cavab verməlidir ki, növbəti bloka keçsin və bu şəkildə kursun başa çatdırsın.
 
Tərtibatçıların sözlərinə əsasən, "Oppia" servisi yaradılıb ki, istifadəçilər müəyyən elmlərin əsaslarını operativ tədqiq etsinlər, müəyyən sahələrdə biliklərə malik olan insanlar isə öz biliklərini  bölüşə bilsinlər. Bu arada bütün təlim kursları istifadəçilər tərəfindən pulsuz əsasda yaradılır.
 
Aynur Vəliyeva




28/02/14    Çap et