Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia”nın hədəfləri böyüyür


“Nokia” şirkəti “Android” əməliyyat sistemi əsasında yaradılan yeni smartfonların öncədən sifarişini elan edib.

“ICTnews” xəbər xidmətinin “http://www.profi-forex.org” saytına istinadən verdiyi məlumata əsasən, fin istehsalçısı bildirib ki, “Nokia X”, “Nokia X+” və “Nokia XL” inkişaf edən regionlar üçün nəzərdə tutulsa da,  dünyanın digər ölkələrində də bu smartfonları əldə etmək mümkün olacaq.
 
“Strategy Analytics” analitik agentliyinin mütəxəssisləri şirkətin hansı həcmdə satışlara ümid edə biləcəyini hesablayıblar.
 
“Strategy Analytics”in aparıcı analitiklərindən biri olan  Skott Biçeno ehtimal edib ki, 2014-cü ildə fin istehsalçısı 16 milyona yaxın “Android” üzərində işləyən qurğu sata bilər, yəni bir rübdə 4 milyon qurğu, bu isə  “Windows Phone” əməliyyat sistemi əsasında işləyən smartfonların üç aylıq satış həcmlərinin 40-50%-i deməkdir.
 
“Nokia X” modelini almaq üçün öncədən sifariş artıq başlanıb. Avropada “Amazon” onlayn reteyleri “Nokia X+” və “Nokia XL” modellərini 119 və 129 avroya təklif edir.

Aynur Vəliyeva




03/03/14    Çap et