Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ultra HD TV” bazarının lideri bəlli oldu


“DisplaySearch” analitik şirkəti “Ultra HD” formatlı televizorlar bazarının təhlilinə dair yeni məlumatlar təqdim edib. Yaponiyanın “Sony” şirkəti sürətli start sayəsində liderliyini davam etdirir və 2013-cü ilin ikinci rübündə şirkətin satış həcmi rəqabətin zəif olması səbəbindən bazarın 42,4 faizini təşkil edib.
 
Dördüncü rübdə vəziyyət köklü şəkildə dəyişib. Çünki “Sony” lider olsa da, bazar payı 18,2 faizədək azalıb və onu izləyən Cənubi Koreyanın “Samsung” şirkəti modellərin satışına üçüncü rübdə başlamasına baxmayaraq “Ultra HD” formatlı televizorlar bazarının ümumi həcminin 14,9 faizinə sahib çıxıb.
 
Coğrafi regionlar üzrə bölgü 46,3 faizlə “Sony”yə ABŞ-da üstünlük qazandırır. “Samsung”da  bu göstərici 34,4 faizə bərabərdir. Avropada isə vəziyyət tam əksinədir. Belə ki, burada “Samsung” və “Sony”nin payı müvafiq olaraq 40 və 30,3 faiz təşkil edir.  
 
"Sony” və “Samsung”dan sonrakı yerləri Çinin üç şirkəti, daha sonrakı yerləri “LG”, “Sharp” və “Panasonic” şirkətləri tutub, - “HDTV www.hdtv.ru” yazır.
 




04/03/14    Çap et