Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Metropolitenin rəsmi internet resursu yenilənir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 289 nömrəli Sərəncamına uyğun olaraq, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, metropolitenin rəsmi saytında (metro.gov.az) yerləşdirilən  elanda qeyd olunur ki, sərəncamdan irəli gələn tələblərə uyğun olaraq saytda yenilənmə işləri aparılır.
 
Metropoliten bildirir ki, yenilənmə işləri ilə bağlı əlavə məlumat veriləcək.
 
CAHANGİR




05/03/14    Çap et