Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS 7.1” platformasının çıxarılma tarixi açıqlanıb


“Apple” şirkəti 2014-cü il martın 11-i tarixinədək “iOS 7.1” – “iPhone” smartfonlarına, “iPad” planşetlərinə və “iPod touch” pleyerlərinə quraşdırılan “iOS 7” əməliyyat sistemi üçün yeniləmə buraxacaq. Bu haqda “Apple”ın planları ilə tanış anonim mənbələrə istinadən bloqqer Con Qruber yazıb.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, martın 11-də Texas ştatının Ostin şəhərində “iTunes Festival” musiqi festivalı start götürəcək. Festival 2007-ci ildən etibarən hər il keçirilir və “Apple” tərəfindən dəstəklənir. Festivalı hələ ki buraxılmayan xüsusi tətbiq vasitəsilə izləmək mümkün olacaq.
 
Qruberin məlumatına görə, "festival" proqramı yalnız “iOS 7.1” ilə işləyən qurğularda əlçatan olacaq.
 
Xatırladaq ki, “iOS 7” 2013-cü ilin iyununda elan edilib və sentyabrda çıxarılıb. 2014-cü ilin fevralında “iOS 7” platforması onu dəstəkləyən qurğuların 82 faizində quraşdırılıb.
 
Emil Hüseynov




05/03/14    Çap et