Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” Tokiodakı keçmiş mənzil-qərargahını satıb


Yaponiyanın “Sony” şirkəti Tokiodakı keçmiş mənzil-qərargahını və ona bitişik binanı 156 milyon dollara satıb. Bu barədə “The Wall Street Journal” nəşri məlumat verib.

Şirkətin 1990-2007-ci illər ərzində fəaliyyət göstərdiyi mənzil-qərargahının alıcısı qismində “Sumitomo Realty & Development” şirkəti çıxış edib. Burada Yaponiya istehsalçısının qeyri-istehlak bölməsi, o cümlədən tibbi avadanlıqların hazırlanması bölməsi yerləşirdi. Əvvəlcədən “Sony” obyektləri 146 milyon dollara satmağı planlaşdırmışdı.

Nəhəng elektronika istehsalçısı maliyyə itkilərini kompensasiya etmək məqsədilə binanı satmaqla bağlı planlarını 2013-cü ilin yanvarında açıqlayıb. Həmin ayda şirkət Manhetten şəhərinin Medison prospektində yerləşən göydələn ofisini də 1,1 milyard dollara satıb.

Daha sonra Tokiodakı "Sony City Osaki” göydələni də satışa çıxarılmaqla 1,2 milyard dollara satılıb, - "Lenta www.lenta.ru” yazır.




11/03/14    Çap et