Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Böyük Britaniya və Almaniyada “5G” mobil interneti istifadəyə veriləcək


Böyük Britaniyanın baş naziri Devid Kemeron deyib ki, tezliklə Birləşmiş Krallıqda yeni mobil internet standartı “5G” istifadəyə veriləcək ki, nəticədə istifadəçilər filmləri bir neçə saniyə ərzində yükləyə biləcəklər. Bu haqda “Sky News” yazıb.

“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Almaniyanın Hannover şəhərində keçirilmiş və informasiya və telekommunikasiya texnologiyalarına həsr edilmiş “CeBIT” (Centrum der Buro - und Informationstechnik) beynəlxalq sərgisində Devid Kemeron deyib ki, Böyük Britaniya bu məsələ ilə bağlı Almaniya ilə sıx əməkdaşlıq edir. "Hazırda biz sənaye inqilabı dövründə yaşayırıq və mən istəyirəm ki, Almaniya və Britaniya bu sahədə lider olsunlar – o deyib.

Hazırda Britaniyada “3G” və “4G” şəbəkələri geniş yayılıb. 800 MB həcmində filmi “3G” şəbəkəsi vasitəsilə köçürmək üçün orta hesabla 1 saat vaxt tələb olunur. “4G” şəbəkəsində bu göstərici 40 saniyə tələb olunur. “5G” şəbəkəsində isə göstərici iki saniyəyədək azalacaq.

Emil Hüseynov




12/03/14    Çap et