Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın onlayn ödəmə portalına yeni şirkət qoşulub


Artıq “Hesab.az” portalı vasitəsilə istifadəçilər “Embafinans” cari kreditlərinin ödənişlərini həyata keçirə bilərlər.

Portalın yaydığı məlumata görə, bu xidmətdən yararlanmaq üçün “Bank və lizinq” kateqoriyasına daxil olmaq lazımdır. Bundan sonra təşkilatlar siyahısından “Embafinans”ı seçərək, kredit məlumatlarını daxil etmək tələb olunur. “Hesab.az” vasitəsilə bank kredit ödənişlərini edən müştərilər ödənilən hər bir manat üçün 10 bonus xalı qazanır.
 
Bu gün “GoldenPay” ödəmə sisteminə 300-dən çox Azərbaycan şirkəti qoşulub. “GoldenPay” vasitəsilə istifadəçilər kommunal ödənişləri, internet provayderlərinin əksəriyyətinin, mobil operatorların, kabel televiziyasının, həmçinin bir sıra bank kredit ödənişlərini həyata keçirə bilərlər.

Bütün tranzaksiyalar real vaxt rejimində aparılır, təhlükəsizliyi tam təmin olunur və heç bir komissiya tutulmur.
 
“Hesab.az” portalında “Şəxsi kabinet” bölməsində qeydiyyatdan keçmiş hər istifadəçi öz ödəmələrinin tarixçəsini apara, bonuslar toplaya və həmin bonuslarla müxtəlif kampaniyalarda iştirak edərək qiymətli hədiyyələr qazana bilərlər.
 
CAHANGİR







12/03/14    Çap et