Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rezidenturaya qəbulla bağlı suallara sosial şəbəkə vasitəsilə aydınlıq gətiriləcək


Vətəndaşlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəsmi “Facebook” səhifəsində (www.facebook.com/eTQDK) baza ali tibb təhsili əsasında rezidentura səviyyəsinə qəbulla bağlı suallara cavab ala biləcəklər.

Komissiyadan verilən məlumata görə, mart ayının 17-də TQDK-nın rezidentura üzrə sektor müdiri Güllüzar Balacanova “Facebook” səhifəsi vasitəsilə vətəndaşların suallarını cavablandıracaq.

Rezidenturaya qəbulla bağlı hər hansı sualı olan vətəndaşlar qeyd olunmuş tarixədək öz suallarını komissiyanın rəsmi “Facebook” səhifəsinə ünvanlaya bilərlər.
 
CAHANGİR




13/03/14    Çap et