Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Connect” şirkəti İPTV xidmətlərinin göstərilməsinə başlayıb


"Connect" kabel televiziya operatoru və internet xidmətləri provayderi şəbəkəsində test rejimində IP TV texnologiyası üzərindən rəqəmli televiziya yayımına  başlayıb. Şirkətin TV xidmətləri üzrə texniki direktoru Rəşad Namazovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, şirkətin tətbiq etdiyi yeni texnologiya İP TV, OTT kimi xidmətlərin göstərilməsinə imkan verir.

"Biz layihənin birinci mərhələsində nəzərdə tutulmuş əsas
stansiyanın qurulması üzrə işləri başa çatdırmışıq və test rejimində yayıma başlamışıq. Növbəti iki ay ərzində ikinci mərhələ çərçivəsində abunələrin yeni sistemə inteqrasiyası nəzərdə tutulur. Artıq sentyabır ayından etibarən biz rəqəmli televiziya yayımı xidmətlərini tam istifadəyə verəcəyik. Üçüncü mərhələdə isə OTT xidmətlərinin göstərilməsi nəzərdə tutulub, bu xidmət vasitəsi ilə hətta Azərbaycandan kənarda yaşayan abunəçilər bizim xidmətlərdən istifadə edə bilər", deyə o bildirib.

R. Namazovun sözlərinə əsasən, layihənin bir il ərzində həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində yeni tarif paketlərinin tətbiqi də istisna olunmur.

Aynur Vəliyeva





02/04/14    Çap et