Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple WWDC 2014” konfransı 2-6 iyun tarixlərində keçiriləcək


"Apple" şirkətindən bildirilib ki, 2-6 iyun tarixlərində ABŞ-ın San-Fransisko şəhərində "Apple WorldWide Developers (WWDC) 2014" illik konfransı keçiriləcək.
 
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkət, həmçinin elan edib ki, aprelin 7-dən biletləri satmağa başlayacaq. Ənənəvi olaraq "WWDC" konfransı üçün biletlər bir neçə dəqiqə ərzində satılır.
 
Bir qayda olaraq, şirkət "WWDC" konfransında yeni proqram həllərini nümayiş etdirir. Məsələn, keçmiş "WWDC" konfransında "iOS 7.0" və "Mac OS X Maverics" həlli təqdim edilib.
 
Emil Hüseynov
 





04/04/14    Çap et