Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Vine” tətbiqinə messencer funksiyası əlavə edilib


Qısamüddətli videoçarxlar dərc etməyə imkan verən "Vine" mobil tətbiqinin tərtibatçıları növbəti yeniliyə imza atıblar. Belə ki, artıq istifadəçilər bir-birlərinə mətn və ya videomesajlar göndərə biləcəklər.
 
"ICTnews" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, "Vine" mobil tətbiqində mesajlar SMS və ya istifadəçilərin hesablarına məxsus elektron poçt ünvanı ilə göndərilir. Həmçinin eyni anda bir neçə istifadəçinin iştirakı ilə qrup formasında çatlaşma funksiyası reallaşdırılıb. Bu halda "Vine" istifadəçiləri kənar şəxslərdən mesajların qəbulunu deaktiv edə bilərlər.
 
Yeni funksiya "Vine" tətbiqinin "iOS" və "Android" versiyaları üçün əlçatandır.

Emil Hüseynov




04/04/14    Çap et