Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” “Siri” xidmətini təkmilləşdirir


“Bloomberg” yazır ki, “Apple” korporasiyası “Siri” xidmətinin təkmilləşdirilməsi üçün “Novauris” nitq tanınması proqram təminatı istehsalçısını satın alır.
 
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Apple” şirkəti sazişin qiymətini açıqlamayıb.
 
Ötən maliyyə ilində “alma” korporasiyası 15 kiçik firma satın alıb.
 
Emil Hüseynov




05/04/14    Çap et