Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Poçt xidmətlərinin qiymətlərini internet vasitəsilə necə hesablamaq olar?



Ölkədə bütün sahələrdə olduğu kimi, poçt sektorunda da əhalinin rahatlığının və şəffaflığın təmin olunması məqsədilə elektron xidmətlərin tətbiqi genişləndirilir.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq poçt xidmətlərindən istifadə edən hər bir kəs xidmətlərin qiymətini asanlıqla internet vasitəsilə öyrənə bilər. Bu, “Azərpoçt” MMC-nin rəsmi saytında (azerpost.az) “Elektron xidmətlər” bölməsində “Qiymət kalkulyatoru” xidməti vasitəsilə həyata keçirilir. “Qiymət kalkulyatoru”nda “Məktublar”, “Kiçik paketlər”, “Teleqram”, “Banderollar”, “Bağlamalar” və “Pul köçürməsi” alt bölümləri istifadəyə verilib.
 
Beləliklə, vətəndaş sözügedən informativ növlü xidmətə daxil olaraq istifadə etmək istədiyi poçt göndərişinin ölkədaxili və beynəlxalq istiqamətlər üzrə həyata keçirilməsindən, çəkisindən (pul köçürməsində məbləğindən), yerüstü və aviadaşınmasından asılı olaraq göndərilmə qiymətini asan və rahat şəkildə hesablaya bilər.
 
CAHANGİR




05/04/14    Çap et