Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti “Galaxy Ace Style” smartfonunu təqdim edib


“Samsung” şirkətinin yeni “Galaxy Ace Style” smartfonu qeyri-tələbkar istifadəçilər üçün nəzərdə tutulub.
 
“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Samsung Galaxy Ace Style” smartfonu “WVGA” təsvir ölçülü 4 düymlük ekran, 1.2 QHs takt tezlikli ikinüvəli prosessor, 512 MB tutumunda əməli yaddaş və 4 QB həcmində daxili fləş-yaddaşla təchiz edilib. Həmçinin “microSD” formatlı yaddaş kartları üçün slot, arxa paneldə 5 meqapiksellik kamera, ön paneldə “VGA” kamerası, “Wi-Fi”, “Bluetooth 4.0”, “NFC” simsiz rabitə modulu var. Akkumulyatorun tutumu 1500 milliamper/saat təşkil edir. Aparat “Android 4.4 KitKat” əməliyyat sistemi ilə işləyir.
 
Yeni “Samsung Galaxy Ace Style” smartfonu bu ay satışa çıxarılacaq. Qurğu ağ və qara rəngli korpuslarda əlçatan olacaq.
 
Emil Hüseynov




08/04/14    Çap et