Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın pilotsuz uçuş aparatları Malayziyada nümayiş etdiriləcək


Azərbaycanın pilotsuz uçuş aparatları Malayziyanın Kuala Lumpur şəhərində keçiriləcək XIV Asiya Müdafiə Xidmətləri Sərgisində (DSA-2014) nümayiş etdiriləcək.
 
Aprelin 14-dən 17-dək keçiriləcək beynəlxalq sərgidə ümumilikdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 132 adda müdafiə təyinatlı məmulatın nümayişi nəzərdə tutulur. Onlardan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələrini, döyüş sursatlarını, atıcı silahları, zirehli texnikaları və s. göstərmək olar.
 
Nazirlikdən bildirilib ki, bununla bağlı nazir Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə səfərdə olacaq.
 
Həqiqət İSABALAYEVA




09/04/14    Çap et