Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Facebook” istifadəçilərinin sayına görə hansı ölkə liderdir?


Hindistanda "Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçən istifadəçilərin sayı 100 milyonu ötüb. Bu barədə sosial şəbəkə rəhbərliyi məlumat verib.
 
Bununla Hindistan dünyada "Facebook” istifadəçilərinin sayına görə ABŞ-dan sonra ikinci yeri tutub. Hazırda isə sosial şəbəkə Hindistan istifadəçilərinin sayını bir milyardadək artırmağı nəzərdə tutur.
 
Ölkədə sosial şəbəkənin populyarlığı mobil telefonlar bazarının həcminin artması və internetə çıxış imkanlarının genişlənməsi ilə artır.  
 
Mütəxəssislər qeyd edirlər ki, dünyada 1,2 milyard istifadəçinin qeydiyyatdan keçdiyi sosial şəbəkə  daha çox auditoriyanı əhatə etmək üçün aktiv şəkildə yeni bazarlara daxil olur.
Şirkəti ilk növbədə məhz Asiya bazarlarında mövqeyini möhkəmləndirmək maraqlandırır, - "BBC www.bbc.co.uk” yazır.




10/04/14    Çap et