Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” pulköçürmə sistemi yaradır


“Facebook” şirkəti tezliklə şəxsi elektron pul sistemini istifadəyə verəcək.

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “The Financial Times” qəzeti yazır ki, sosial şəbəkə cəmi bir neçə həftədən sonra İrlandiyada yerləşən dövlət maliyyə tənzimləyici orqanından sözügedən xidmətin işə salınmasına razılıq alacaq. Xidmət istifadəçilərə öz pullarını “Facebook”da saxlamağa və başqa şəxslərə göndərməyə icazə verəcək.
 
Tənzimləyici orqan tərəfindən razılıq verildiyi halda, “Facebook” öz elektron valyutasını buraxacaq və o, bütün Avropada tanınacaq.
 
Emil Hüseynov
 




14/04/14    Çap et