Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy S5” smartfonunun satışları rekorda imza atıb


Koreya KİV-nin məlumatına görə, “Samsung Galaxy S5” satışlara start verilən gün rekorda imza atıb. Belə ki, sələfi “Galaxy S4” ilə müqayisədə 30% daha çox yeni aparat satılıb. Göstəricilər daha yüksək ola bilərdi, lakin smartfonlar sürətlə satılıb və pərakəndə şəbəkələr tələbatı tam ödəməyib.
 
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, ötən həftənin cümə günü 125 ölkədə “Galaxy S5” smartfonunun rəsmi satışlarına start verilib. Bir neçə gün ərzində daha 25 bazar əlavə olacaq. Yeni smartfonun qiyməti Avropada 600 və ABŞ-da 700 dollardan başlayır.
 
 
Emil Hüseynov
 
 
 




14/04/14    Çap et