Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada belə bir yol mövcud deyil


“Engadget.com” xəbər portalı yazır ki, Hollandiyada qaranlıqda işıqlanan futuristik yol tikiblər.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Hollandiyanın Ossa şəhərində lüminessens boya ilə nişanlanmış 500 metrlik yol tikiblər. Günortalar günəş enerjisi ilə enerji toplayan örtük qaranlıqda işıqlanır.
 
Layihə “Roosegaarde” və “Heijmans Infrastructure” şirkətləri tərəfindən reallaşdırılıb.
 
Emil Hüseynov




15/04/14    Çap et