Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” şirkəti “Gnip” startapını satın alır


“Twitter” mikrobloqlar xidmətinin operatoru olan eyniadlı şirkət sosial şəbəkələrdə məlumatların təhlili üçün proqram alətlərinin hazırlanması üzrə ixtisaslaşmış “Gnip” startapını satın alıb. Sazişin dəyəri açıqlanmayıb.
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Gnip” startapının müştəriləri istehsalçılar, jurnalistlər, elmi tədqiqat institutları və hətta siyasətçilərdir. Onların hamısı mikrobloqlarda dərc edilmiş yazılar üzrə izlənilə bilən tendensiyalarla maraqlanırlar.
 
“Twitter”dən bildirilib ki, bu firmanın satın alınması bütün mesaj axınının emalını asanlaşdıracaq. Gündəlik tvitlərin sayı 500 milyona  çatır. Bu da öz növbəsində elan verənlər üçün tarqetinqi yaxşılaşdıracaq.
 
Emil Hüseynov




17/04/14    Çap et