Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”da dostlarınızı izləyə biləcəksiniz


"Facebook" şirkəti mobil qurğulardan sosial şəbəkəyə daxil olmaq üçün nəzərdə tutulmuş tətbiqə "Nearby Friends" funksiyasını əlavə edib.

Sözügedən funksiyanın köməyi ilə sosial şəbəkə vasitəsilə dostların yeri haqqında məlumat əldə etmək mümkün olacaq. Bu barədə  "Facebook" şirkətindən məlumat verilib. Sosial şəbəkə istifadəçisinin icazəsi olduğu halda xəritədə onun yerinə baxmaq olar.  Şirkətdən tətbiqin əhatə dairəsi haqqında  isə məlumat verilməyib.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Nearby Friends" funksiyası bu həftə ABŞ istifadəçiləri arasında yayılmağa başlayacaq, "iOS" və "Android" platforması ilə işləyən qurğularda əlçatan olacaq.
 
Funksiya aktiv edildikdə mobil qurğunun ekranında yaxın məsafədə olan dostlar haqqında xəbər peyda olur. Bir və ya bir neçə dostu işarələyərək onlara görüş təklif etmək olar.
 
Emil Hüseynov




18/04/14    Çap et