Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS” əməliyyat sistemi yeniləndi


“Apple” şirkəti öz mobil əməliyyat sisteminin növbəti versiyasını (7.1.1)  təqdim edib. “iOS” platformasının son versiyasını yükləmək  üçün “iPhone/iPad/iPod Touch” qurğularında sazlamalara daxil olmaq, "Əsaslar"ı və daha sonra "Proqram təminatının yenilənməsi" punktunu seçmək lazımdır.
 
“ICTnews” elektron xəbər xidməti “appleinsider.ru” saytına istinadən bildirir ki, yeni versiyada səhvlər aradan qaldırılıb və təhlükəsizlik sistemi təkmilləşdirilib.
 
Yeniliklər:

1.”Touch ID” işləmə dəqiqliyində yaranan problemlər aradan qaldırılıb.

2.Klaviaturanın həssaslığı artırılıb.

3.”VoiceOver” aktiv olan zaman, “Bluetooth” klaviaturada yaranan problem aradan qaldırılıb.
 
Emil Hüseynov




23/04/14    Çap et