Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda qeydiyyatdan keçirilən dövlət qurumlarının domenlərinin sayı 2,4% artıb


Azərbaycan Respublikası dövlət orqanlarının "www.gov.az" rəsmi internet resursunda bu günədək 423 "*.gov.az" domeni qeydiyyata alınıb.

"ICTnews" xəbər xidmətinin "www.gov.az" saytına istinadən verdiyi məlumata əsasən, ilin əvvəlindən bu günədək 10 yeni dövlət orqanına aid olan domen qeydiyyatdan keçib.
 
Beləliklə, son bir neçə ay ərzində ölkədə qeydiyyatdan keçirilən dövlət qurumlarının domenlərinin sayı 2,4% artıb.
 
Bu domenlər arasında Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin "azscontrol.gov.az", "metrology.gov.az", "accreditation.gov.az", Siyəzən Rayon Bələdiyyəsinin rəsmi portalı "siyezen-bl.gov.az", Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin "uris.gov.az", "nsdi.gov.az",  Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin "qkdk.gov.az",  Azərbaycan Vergilər Nazirliyinin "e-belediyye.gov.az", Azərbaycan Ədliyyə Nazirliyinin "qht.gov.az",  Azərbaycan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun "sfdi.gov.az" resurslarını qeyd etmək olar.
 
Qeyd edək ki, 2013-cü il ərzində ölkədə dövlət qurumlarına aid olan domenlərin sayında 6,5% artım müşahidə olunub. İl ərzində 27 dövlət orqanına aid olan domen qeydiyyatdan keçib.



Aynur Vəliyeva 
 
 




23/04/14    Çap et