Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” mobil əməliyyat sistemi mobil reklam trafikinin həcminə görə lider olub


2014-cü ilin birinci rübündə “Android” mobil əməliyyat sistemi “iOS”-u ötərək ilk dəfə mobil reklam trafikinin həcminə görə ən böyük platforma olub. Bu haqda 2014-cü ilin birinci rübü üzrə “Opera Mediaworks” şirkətinin “State of Mobile Advertising” hesabatında yazılıb.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Android” platforması ilə işləyən smartfonlar hələ 2013-cü ilin sonunda “iPhone”la müqayisədə böyük bazar payına nəzarət edib, amma indiyədək “iOS” platforması mobil reklam trafikinin həcminə görə lider olub.

Bundan başqa, “Google”un əməliyyat sistemi tədricən mobil reklamdan əldə olunan gəliri artırır. Belə ki, bir il bundan əvvəl mobil reklamdan əldə olunan gəlirin 26.7%-i “Android” platformasının payına düşürdüsə, hazırda bu göstərici 33%-i ötür.

Emil Hüseynov




25/04/14    Çap et