Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti səmərəli enerji diodları istehsal edən şirkəti satın alıb


“TechCrunch” nəşri yazır ki, “Apple” enerji səmərəli işıq diodu panellərinin istehsalı ilə məşğul olan “LuxVue” şirkətini satın alıb. Razılaşmanın dəyəri açıqlanmır. “Apple” şirkətinin mətbuat xidməti məlumatı təsdiqləyib.
 
“ICTnews" elektron xəbər xidməti “macradar.ru” saytına istinadən bildirir ki, “LuxVue” şirkəti 2009-cu ildə təsis edilib və bu vaxt ərzində təxminən 43 milyon dollar məbləğində investisiya toplayıb.
 
Ehtimal ki, “LuxVue” şirkətinin həlləri “Apple”ın gələcək məhsullarında istifadə ediləcək. Ağla gələn ilk fikir daşınan “iWatch” cihazdır ki, enerji səmərəli işıq diodlarının tətbiqi ağlabatan görsənir.
 
Emil Hüseynov
 




05/05/14    Çap et