Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanlılar daha çox portativ kompüterdən istifadə edir


"Global Stats" statistika mərkəzinin hesabatına əsasən, Azərbaycanda bu ilin yanvar-aprel aylarında daşınan (portativ) kompüter bazarının həcmi iki dəfədən çox artıb.
 
Belə ki, hesabat dövründə portativ kompüter bazarının payı 26,56% təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bazarın bu seqmenti 125,85% artıb. Bu il ərzində isə ölkədə portativ kompüterlərin (noutbuklar, netbuklar) bazar payının 4,19% artımı müşahidə olunur.
 
Planşet kompüterlər bu reytinqdə 4,5% pay ilə üçüncü yeri tuturlar. Bu ilin yanvar-aprel aylarında bazarın bu seqmentinin artımı 11,94% təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə planşet qurğular seqmenti 92,3% artıb.    
 
Stasionar fərdi kompüter bazarının payı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,74% azalaraq 68,94% təşkil edib. Bu, gözlənilən dəyişikliklərdi, çünki artıq beş il bundan öncə İT bazarında bu tendensiya müşahidə olunurdu. Ekspertlər mobil qurğuların stasionar kompüterləri bazardan şıxışdıracağını bildirirdilər və stasionar kompüterlərin alıcılarının əsasən korporativ istifadəçilər olacağını proqnozlaşdırırdılar.
 
AYNUR




05/05/14    Çap et