Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər Fransa mobil operatorunun 1 milyondan çox abunəçisinin məlumatını oğurlayıb


Fransanın nəhəng “Orange” mobil operatorunun 1,3 milyon abunəçisinin məlumatı hakerlər tərəfindən oğurlanıb. Oğurlanan məlumatlar arasında abunəçilərin pasport məlumatları, telefon nömrələri, elektron poçt ünvanları var. 

Aprelin 18-də həyata keçirilən hücumun miqyası haqqında məlumatlar gizli saxlanılıb. Əvvəlcə “Orange” nümayəndələri on min abunəçinin məlumatının oğurlanmasını bildiriblər.

Abunəçilərin hamısına ayıq-sayıq olmaq və internetdən məxfi məlumatları (bank hesab nömrələri və hesab parolları) bildirməmək barədə bildiriş göndərilib.  

Bu, Fransa operatorunun kibercinayətkarların hücum obyektinə çevrildiyi ilk hal deyil. Belə ki, cari ilin fevralında “Orange” rəhbərliyi bəyan edib ki, hakerlər 800 min internet xidmətləri istifadəçisinin məlumatına çıxış əldə edib, - “İTAR-TASS www.itar-tass.com” yazır.




07/05/14    Çap et