Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi” Çində populyarlığına görə “Apple”ı ötüb


"Xiaomi" şirkəti Çində bazar payına görə ABŞ-ın "Apple" şirkətini ötərək ən populyar mobil qurğu istehsalçıları arasında üçüncü yerdə qərarlaşıb. "Alma" şirkətinin payı 10% olduğu halda, "Xiaomi" şirkətində bu göstərici 11%-dir. "Samsung" və "Lenovo" şirkətləri Çin bazarında liderdirlər.


"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, ikinci yerdə qərarlaşmış "Lenovo" şirkətinin bazar payı 12%-dir. Başqa iki nəhəng yerli istehsalçı – "Coolpad" və "Huawei" şirkətləri müvafiq olaraq 8% və 10% bazar payına sahibdirlər. Beləliklə, bu yaxınlarda Çin bazarında sonrakı yerdəyişmələr gözlənilir.

Emil Hüseynov




08/05/14    Çap et